Rusiyanın “Soyuz MS-13” kosmik gəmisinin ekipajı enən aparatda yerə qayıdıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı RİA “Novosti” agentliyi yayıb.
Gəminin bortunda üç ekipaj üzvü var idi: rusiyalı kosmonavt Aleksandr Skvortsov, gəminin komandiri, italyalı astronavt Luka Permitano və amerikalı astronavt Kristina Kuk.
Aparatın Qazaxıstandakı Jezkazqan şəhərindən 147 km cənub-şərqdə enəcəyi gözlənilirdi.
Babək Göyüş
KONKRET.az
