“Rusofob zibillərlə…” – Rusiya rəsmisi qazax naziri TƏHQİR ETDİbackend

"Rusofob zibillərlə..." - Rusiya rəsmisi qazax naziri TƏHQİR ETDİ

Rusiyanın MDB İşləri üzrə Federal Agentliyi Qazaxıstanın yeni informasiya və ictimai inkişaf naziri Əsgər Umarovla işləməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bunu qurumun rəhbəri Yevgeni Primakov deyib.

“Qazaxıstanın yeni informasiya naziri Əsgər Umarov barədə, həmçinin onun özünün çoxsaylı sitatlarını diqqətlə oxudum. Agentliyimiz rusofob zibillərlə işləmir və əməkdaşlıq etmir, bu da yuxarıda adı çəkilən nazir və onun rəhbərlik etdiyi qurumla mövcud konfiqurasiyada bizim hər hansı qarşılıqlı əlaqəmizə tamamilə mane olur”, – Primakov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*