Rustavidə aksiya: Saakaşvilinin azadlığa çıxması tələb olunurbackend

Rustavidə aksiya: Saakaşvilinin azadlığa çıxması tələb olunur

Rustavidəki 12 saylı Cəzaçəkmə Müəssisəsi qarşısında “Prezident Saakaşviliyə azadlıq” adlı etiraz aksiyası keçirilib.

KONKRET.az xəbər verir ki, aksiya “Mişa Sektoru” təşəbbüs qrupu tərəfindən təşkil olunub.

Onlar Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin azad olunmasını və bunadək onun şəxsi həkiminin Saakaşviliyə baş çəkməsinə icazə verilməməsini, həmçinin telefon danışıqlarına məhdudiyyətin götürülməsini tələb ediblər.

Etirazçılar yaxın günlərdə “itaətsizlik qrupları” yaradacaqlarını və hakimiyyət nümayəndələri üçün utanc dəhlizləri təşkil edəcəklərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*