KONKRET.az “Joqovurd” gündəlik nəşrinə istinadla xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin Artik Hərbi Komissarlığının müfəttişi Artak Manukyan həbs edilib. Səbəb onun yaz çağırışı zamanı tibbi komissiya iclasından sonra Şirak əyalətindəki Lusakert kənd sakini Anuşavan Karapetyandan rüşvət tələb etməsi olub. Əsgər olmaq istəməyən Anuşavan Karapetyan da müttəhim kürsüsündə oturub. O, Manukyana əsgərliyə getməmək üçün 2800 dollar rüşvət verib. Məsələnin maraqlı tərəfi də odur ki, əsgər rüşvəti müfəttişə Nork Psixiatriya Tibb Mərkəzinin ərazisində təqdim edib. İstintaqda müəyyən edilib ki, əsgərliyə getməmək üçün Karapetyan psixi xəstə kimi qeydiyyata düşmək istəyib.
FADİL