Saakaşvilinin sol əlinin əzələləri ATROFİYAYA UĞRAYIBbackend

Saakaşvilinin sol əlinin əzələləri ATROFİYAYA UĞRAYIB 

Saakaşvilinin sol əlinin əzələləri atrofiyaya uğrayıb, şiddətli ağrılar keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridzeyə istinadən xəbər verir. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin sol əlinin əzələlərinin atrofiyaya uğradığı iddia olunur.

Vəkil bildirib ki, Mixail Saakaşvilinin dözülməz ağrıları var.

“Onun ağrıları  bir neçə ay əvvəl başlayıb. Saakaşvilinin sol qolu atrofiyaya uğrayıb və dözülməz ağrılar keçirir. Ona ağrıkəsicilər veriblər, indi diaqnoz qoyurlar. Cavabları gözləyirik”, – Xaçapuridze deyib.

Onun sözlərinə görə, Ekspertiza Bürosu tezliklə cavab verəcək.

Xatırladaq ki, Saakaşvili həbsxanada uzun müddət aclıq aksiyası keçirib, ona görə hazırda Tbilisidəki klinikalardan birində müalicə olunur. Onun tərəfdarları əmin edirlər ki, xəstəxanaya yerləşdiriləndən sonra sabiq prezidentin vəziyyəti daha da pisləşib, eks-prezidentin çəkisi 20 kiloqram azalıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*