Sabah bu şəhərdə elektrik olmayacaqbackend

Sabah bu şəhərdə elektrik olmayacaq

Culfa 132/110/35/10 kV-luq yarımstansiyadan qidalanan 6 nömrəli (Neftibaza–FHN) və 7 nömrəli (Şəhər) hava xətlərində təmir işlərinin aparılması və yeni yarımstansiyaya qoşulması ilə əlaqədar dekabrın 18-də Culfa şəhərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Elektrik Təchizatı Satış İdarəsindən bildirilib ki, təmir işləri saat 10-dan 13-dək davam edəcək.

Bu müddət ərzində Culfa şəhəri ərazisində elektrik enerjisinin verilişi dayandırılacaq. Təmir işləri başa çatdıqdan sonra elektrik təchizatı bərpa ediləcək.

No comment.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*