“Sabah deyəcək ki, Ermənistan Azərbaycandır, vəssalam” – Mxitaryanbackend

"Sabah deyəcək ki, Ermənistan Azərbaycandır, vəssalam" - Mxitaryan

“Ermənistan Azərbaycandır, vəssalam”.

KONKRET.az xəbər verir ki, bunu erməni rejissor Ruben Mxitaryan Facebook səhifəsində yazıb.

“Sabah Nikolun nə işə yaradığını biləcəksiniz.

Korrupsiya ilə necə yaxşı mübarizə aparır. Ordunu nə qədər yaxşı idarə edir, Hadrutun azad edilməsi üçün “Yeni ordu” təşkil edib, Şuşa uğrunda mübarizəni davam etdirir.

Pensiyalar görünməmiş şəkildə artacaq, inflyasiya olmayacaq.

Və sonda Ermənistan Azərbaycandır, vəssalam.

Nə edirsə, düzgün edir, səhv edirsə, yaxşı edir. Başqa sözlə, o, həmişə doğru olanı edir və yaxşı edir.

Bir sözlə, jurnalistlər sual verəcəklər, o sualları cavablandıracaq. Və onların heç biri o oğlana deməyə cürəti çatmayacaq ki, sualıma cavab vermədin, təkrar edirəm.

Və bu sualın cavabını alana qədər eyni sualı verməyə davam edən olmayacaq”, – deyə Mxitaryan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*