“Sabah”ın futbolçusu 6 həftə futboldan uzaq qalacaqbackend

"Sabah"ın futbolçusu 6 həftə futboldan uzaq qalacaq

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Hayfa, İsrail) ilə cavab oyununda zədələnən “Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev əməliyyat olunub.

KONKRET.az xəbər verir ki, paytaxt təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, çiyin bağlarında qopma olan futbolçunun yerli klinikalardan birində baş tutan əməliyyatı uğurlu keçib.

A.Quliyev təxminən 6 həftə sonra məşqlərə başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*