Sabiq baş naziri avtomobil vuraraq ÖLDÜRDÜ – FOTObackend

Sabiq baş naziri avtomobil vuraraq ÖLDÜRDÜ - FOTO

Dağıstanın sabiq baş naziri Maqomed Abdulayevi Mahaçqalada avtomobil vuraraq öldürüb. 

KONKRET.azREN TV”yə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, hadisə yanvarın 5-də Maqomed Hacıyev küçəsində baş verib. 55 yaşlı Qızılyurt sakini “VAZ-21214” markalı avtomobillə yolu keçid zolağından kənarda keçən piyadanı vurub. Xəstəxanaya çatdırılan zərərçəkən aldığı xəsarətlərdən orada ölüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ölən şəxsin Dağıstanın keçmiş baş naziri 61 yaşlı Maqomed Abdulayev olduğu üzə çıxıb.

Qeyd edək ki, Abdulayev 2010-cu ilin fevralından 2013-cü ilin yanvarına qədər respublikanın baş naziri olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*