Sabiq deputatın oğlu iş adamının maşınını qaçırıb, qəza törətdi – FOTObackend

Sabiq deputatın oğlu iş adamının maşınını qaçırıb, qəza törətdi - FOTO

Ermənistanda gecə saatlarında  tanınmış iş adamı, “Ararat” şərab-konyak zavodunun direktoru Armen Sarkisyana məxsus avtomobil qaçırılıb. 

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, qaçırılan maşın İrəvan-Meğri avtomobil yolunda, Zod körpüsünün yaxınlığında qəzaya düşüb.

Məlum olub ki,  avtomobil Milli Assambleyanın keçmiş deputatı, “Oktyabrdan Novo” ləqəbli Nahapet Qevorqyanın oğlu tərəfindən qaçırılıbmış. Qəzanı  törədən deputatın oğlu xəstəxanaya yerləşdirilib.  Onun barəsində  cinayət işi açılıb. (Unikal)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*