Sabirabad rayonunun Çiçəkli kəndində ümumi sahəsi 144 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları 20 kvadrat metr sahədə və dam örtüyü 30 kvadrat metr sahədə yanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
