Şabranda qanunsuz balıq ovlayan şəxslər saxlanıldıbackend

Şabranda qanunsuz balıq ovlayan şəxslər saxlanıldı

Şabran rayonunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində, rayonun Taxtakörpü su anbarının ərazisində qadağan edilmiş yerdə tilovlarla qanunsuz balıq ovu edən Quba rayon sakinləri Elgün Məhərrəmov və Elşən Ramazanov saxlanılıblar.

Həmin şəxslərdən 7 ədəd tilov və qanunsuz olaraq ovladıqları balıqlar aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*