Şabranın icra başçısının müavini ölkədən getmək istəyir – FOTOFAKTbackend

Şabranın icra başçısının müavini ölkədən getmək istəyir – FOTOFAKT

Okeanın o tayına – ABŞ-a köçmək yəqin ki, bir çoxlarının arzusudur. Bu arzunu gerçəkləşdirməyin bir sıra üsulları olsa da, ən rahat və asan yol Greencard qalibi olmaqla “xəyallar ölkəsi”nə səyahət etməkdir.

Dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan da ABŞ-a köçmək arzusunda olanlar Greencard-a müraciət edirlər. Bu insanlar arasında müxtəlif kateqoriyalı şəxslərin olması heç də təəccüblü deyil.

Ancaq əminik ki, “Greencard Azərbaycan” şirkətinin rəsmi Facebook hesabında yazılan yüzlərlə rəydən biri bütün oxucuların təəccübünə səbəb olacaq.

KONKRET.az-ın xəbərinə görə, Şabran rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Natavan Mustafayeva da ABŞ-a köçmək arzusunda olan şəxslər sırasındadır. Onun bu arsuzu “Greencard Azərbaycan” şirkətinin rəsmi Facebook səhifəsində yazdığı rəydə aydın hiss olunur. Belə ki, Natavan Mustafayeva Greencard qaliblərindən birinin paylaşımında “inşallah, növbəti il qazanaram” rəyini yazıb. Görünür ki, başçının müavini bir neçə dəfə Greencard-a müraciət edib, lakin qalib olmayıb.

Dövlət qulluğunda çalışan, belə yüksək vəzifə üçün etimad göstərilən bir şəxsin ölkəni tərk etmək istəməsi təəccüb doğurmaya bilməz.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*