Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları 10 m² sahədə, altında dayanan “QAZ” markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb.
KONKRET.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, talvarın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
