Sabunçuda qaz xəttinin üzərindəki ərazi qəbir yeri kimi satılır – FOTOLARbackend

Sabunçuda qaz xəttinin üzərindəki ərazi qəbir yeri kimi satılır - FOTOLAR

Sabunçu rayon İcra Hakimiyyəti qaz borularının üzərində yerləşən sahələri qəbiristanlıq kimi vətəndaşlara satır.

KONKRET.az xəbər verir ki, bu barədə Unikal.org-a ərazidə yaşayan sakinlər məlumat veriblər. Zabrat Hava Limanının yaxınlığında yerləşən qəbiristanlıqda yerlər bitib. Bu zaman əraziyə cavabdeh olan icra hakimiyyəti Qaradağ- Digah  şimal Es 1000/700 mm-lik yeraltı magistral qaz kəmərinin üzərindəki ərazini dünyasını dəyişən şəxslərin yaxınlarına satmağa başlayıblar. Eyni zamanda qəbirlərin yaxınlığından neft məhsullarının nəql olunduğu digər boru kəmərləri də keçir. Bu da gələcəkdə qaz sızması nəticəsində hər hansı hadisə baş versə qəbirləri təhlükə qarşısında qoyur.

Qeyd edək ki,Sabunçu rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyevdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*