Şahdağ Milli Parkındakı yanğın söndürüldübackend

Şahdağ Milli Parkındakı yanğın söndürüldü

Qəbələ rayonunda meşə sahəsində baş verən yanğın söndürülüb.

FHN-nin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Arzu Umıyev KONKRET.az-a bildirib ki, Şahdağ Milli Parkının Bum meşəbəyliyinin Tikanlı kəndi ərazisində, yüksək dağın zirvəsindəki 1 hektar meşə sahəsində baş verən yanğın bir sutka sonra söndürülüb.

Yanğın çətin relyefli yüksək dağlıq ərazidə baş verdiyi üçün əraziyə yanğınsöndürən maşınların cəlb edilməsi mümkün olmayıb.

Hadisənin qarşısını almaq üçün əsasən əl əməyindən istifadə olunub.

Bu gün Qəbələ şəhərinin şimalındakı meşə sahəsində də yanğın başlayıb.

Hazırda FHN və ETSN-in yerli qurumlarının əməkdaşları və bir helikopter hadisə yerinə cəlb olunub.

İndiyədək 2 hektar meşə sahəsi yanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*