Şahin Bağırov Bakı Gömrüyünün rəisini işdən çıxardıbackend

Şahin Bağırov Bakı Gömrüyünün rəisini işdən çıxardı

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Kəngərli vəzifədən azad edilib.

KONKRET.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

Şahin Bağırovun digər əmri ilə, idarənin rəis vəzifəsinin icrası  Bakı Baş Gömrük İdarəsini rəisinin 1-ci müavini Faiq Seyidova həvalə edilib.

Qeyd edək ki,  P.Kəngərli daha əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsində maliyyə şöbəsinə rəhbərlik edib. O, sabiq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə, Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*