Salman Rüşdinin səhhəti ilə bağlı yeni açıqlamabackend

Salman Rüşdinin səhhəti ilə bağlı yeni açıqlama

Avqustun 12-də Nyu Yorkda hücuma məruz qalan Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdi süni nəfəs aparatından ayrılıb.

KONKRET.az xəbər verir ki, bu barədə yazıçının agenti Endryu Uayli məlumat verib.

Onun sözlərinə görə, Rüşdi danışır, hətta zarafat da edir.

Uayli yazıçının səhhəti ilə bağlı əlavə məlumat verməyib.

Qeyd edək ki, Salman Rüşdinin dünən süni nəfəs aparatına qoşulduğu deyilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*