Ötən gün axşam saatlarında Salyan rayonunda iki avtomobilin toqquşması zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
KONKRET.az xəbər verir ki, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxslər bunlardır:
1948-ci il təvəllüdlü Fərəcov Fərhad Məmməd oğlu – Şirvan şəhər sakini, 1958-ci il təvəllüdlü Fərəcova Zemfira Qulamhüseyn qızı – Şirvan şəhər sakini, 1979-cu il təvəllüdlü Mərdiyev Əliş Güloğlan oğlu – Cəlilabad sakini, 1966-cı il təvəllüdlü Kərimli Zeynəb Kərim qızı -Bakı sakini, 1975-ci il təvəllüdlü Abdullayev Nazim İbrahim oğlu – Masallı sakini, 1971-ci il təvəllüdlü Abbasov Şirvan Sərhəd oğlu -Masallı sakini, 1964-cü il təvəllüdlü Hüseynov Əlafət İsabala oğlu – Sumqayıt sakini, 1992-ci il təvəllüdlü Ağayeva Arzu Teymur qızı – Bakı sakini, 1961-ci il təvəllüdlü Əsədov Əyyar Sədat oğlu – Yardımlı sakini.
Xatırladaq ki, yol-nəqliyyat hadisəsi Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır. //Report
23:57
Salyanda baş verən yol qəzasında 9 nəfər xəsarət alıb.
KONKRET.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır./report
