Salyanda zəncirvari qəza: 5 nəfər…backend

Salyanda zəncirvari qəza: 5 nəfər...

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zəncirvari qəza zamanı “İnfiniti”, “Mazda”, VAZ-2107 markalı avtomobillər və mikroavtobus toqquşub.

Hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri – Nemət İbrahim oğlu İsmayılov, Ərəstun Ramazan oğlu Əhmədov və daha üç nəfər xəsarət alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*