Samarada ermənilərin qoyduğu abidə azərbaycanlıların ETİRAZINA SƏBƏB OLDU – FOTObackend

Samarada ermənilərin qoyduğu abidə azərbaycanlıların ETİRAZINA SƏBƏB OLDU - FOTO

Ermənilər Rusiyanın Samara şəhərində “Arsax müharibəsində öldülər” adlı abidə qoyublar.

KONKRET.az bildirir ki, məlumatı ” Samara Azərbaycanlıları Məclisi” rəhbəri Rəsulov Elmar təqdim edib.

Erməni xislətinin daha bir nümunəsi.Rusiya Federasiyasının Samara şəhərində erməni diasporunun təşkilatçılığı ilə 2-ci Qarabağ savaşında cəhənnəmə vasil olmuş ermənilərin “xatirəsinə” abidə qoyublar. Bu addım sözügedən şəhərdə yaşayan soydaşlarımızın ciddi etirazına səbəb olub və bununla bağlı şəhər rəhbərliyinə rəsmi müraciət göndərilib.

“Samara əyalətinin qubernatoru Azarov D.İ. Nəzərinizə çatdırırıq ki sizə qədər, 2003- cü ildə şəhərin mərkəzində “Ovraqa podpolşikov” rayonunda, erməni opostol kilsəsi Surb xaç ərazisində “Arsax müharibəsində öldülər” adlı abidə qoyulub. Kilsəyə və ona inananlara bütün hörmətimizlə bildiririk ki, bu, millətlərarası münasibətlərə öz mənfi təsirini göstərəcək.

Biz, hüquq mühafizə orqanlarından, baş prokrorluqdan, əyalət qubernatorundan xahiş edirik ki, ekstremist abidənin kilsə ərazisində qoyulmasının qanuni olub- olmadığını yoxlasınlar.

Xüsusilə, heç bir dövlətin, o cümlədən Rusiyanın, hətta Ermənistanın özünün belə tanımadığı “Arsax” respublikasının Rusiya ilə, Samara əyaləti ilə nə əlaqəsi ola bilər.

Ermənilər bu vasitə ilə, münaqişəni öz regionundan çıxarıb, çoxmillətli Rusiyaya transfer etmək istəyirlər. Və bunu o zaman edirlər ki, Rusiya prezidenti öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Qarabağ Azərbaycan ərazisidir və biz heç vaxt bu münaqişənin və onun nəticələrini RF-nin ərazisinə keçməsinə imkan verə bilmərik.

Problemin mahiyyəti abidənin özü yox, onun üzərindəki yazı ilə bağlıdır. Hansı ki, uzun illərdi münaqişə edən tərəflərin hər ikisi üçün ağrılı və yolverilməzdi. Axı qanun heç vaxt bir tərəfin hüquqlarını qorumaq üçün qarşı tərəfin hüquqlarını tapdalaya bilməz.

Samara əyalət məmurlarının sərgilədiyi mövqe anlaşılan deyil. Ola bilməz ki, bu məmurlar Rusiya prezidentinin qərar və göstərişlərindən xəbərsiz olsunlar. F3 No284, 22.10.2013 qərara əsasən onlar baş verə biləcək konfliktləri araşdırmalı və kökündən həll etməlidirlər.

Yəni doğrudanmı kilsə ərazisi hansısa diplomatik statusa malikdir ki, orada sözügedən abidənin qoyulması mümkün olsun? RF-in Azərbaycan əsilli vətəndaşları sözügedən abidənin, yaşadıqları şəhərin ərazisində, üzərində ” Arsax müharibəsində həlak olmuşlar” yazısıyla qoyulmasından çox məyus olublar. Və hesab edirlər ki, bu, ekstremizim və millətlərarası dözümsüzlüyün bilərəkdən yaradılmasıdır.

Tələb edirik ki, qanunun aliliyi təmin edilsin və abidə sökülsün”.

ROO ” Samara Azərbaycanlıları Məclisi” rəhbəri: Rəsulov Elmar Adxam oğlu/qaynarinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*