Şamaxıda “Mercedes”lə “VAZ” toqquşdu: Bir ölü, bir yaralıbackend

Şamaxıda “Mercedes”lə "VAZ" toqquşdu: Bir ölü, bir yaralı

Noyabrın 27-də saat 10:00 radələrində Şamaxı rayonunun Məlikçobanlı kəndi ərazisində rayon sakini G.Usubalıyevin idarə etdiyi “VAZ-21015” markalı minik və Bərdə rayon sakini Ə.Şirinovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşub.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi xəbər yayıb.

Bildirilib ki, qəza nəticəsində G.Usubalıyevin sərnişini, Məlikçobanlı kənd sakini Elnur Xəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*