Şamaxının “Türk dünyasının turizm paytaxtı” seçilməsi ilə əlaqədar tədbir keçirildi – FOTOLARbackend

Şamaxının “Türk dünyasının turizm paytaxtı” seçilməsi ilə əlaqədar tədbir keçirildi - FOTOLAR

Şamaxı şəhəri 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilib.

KONKRET.az xəbər verir ki, bu əlamətdar hadisə ilə bağlı 25 may 2022-ci il tarixində turizm potensialının inkişafı və qarşıda duran vəzifələr barədə  rayon mədəniyyət mərkəzində  idarə, müəssisə və təşkilat rəhbərlərinin, turizm sektorunda çalışan sahibkarların və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov mühüm hadisə ilə bağlı rayon sakinlərini təbrik edərək bu istiqamətdə qarşıda duran vəzifələrdən geniş söhbət açıb. Natiq çıxışında  son illər ölkə başçısının diqqət və qayğısı nəticəsində rayonda  aparılan  abadlıq-quruculuq işlərindən, həmçinin tarixi mədəniyyət abidələrinin əsaslı təmiri və yenidən qurulması nəticəsində rayon iqtisadiyyatının, mədəniyyətinin, turizm potensialının və digər sahələrinin inkişaf etdiyini bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xalq artisti İlham Namiq Kamal tədbir iştirakçılarını bu möhtəşəm hadisə münasibətilə təbrik edərək, turizm paytaxtına çevriləcək Şamaxının inkişafında hər bir rayon sakininin töhfə verəcəyinə əminliyini vurğulayıb.

Digər çıxış edənlər- mədəniyyət işçisi Rəfail Tağızadə, sahibkar Rüstəm İsgəndərov və gənc fəal Qubad Qubadov bu önəmli hadisənin qədimliyini qoruyub saxlayan, zəngin tarixi keçmişini yaşadan, müasirliyə qucaq açan Şamaxı şəhərinin dirçəldilməsinə böyük təsir göstərəcəyini və inkişafına daha geniş üfüqlər açacağını bildiriblər. Tədbirdə Şamaxının turizm potensialını özündə əks etdirən videoçarx nümayiş olunub.

Sonda rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*