Samuxda güclü YANĞINbackend

Samuxda güclü YANĞIN

Samux rayonunda yanğın olub.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, rayonun Çobanabdallı kəndində “Mercedes” markalı yük avtomobilinin yanar hissələri və banında kapron çəlləklərə yığılan 1,5 ton işlənmiş yağ yanıb. Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 3000 m² olan istixananın polietilen üzlüyü 100 m² sahədə əriyib.

İstixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*