Samvel Babayanın “blokada”da olan Qarabağa qəfil səfərinin GİZLİ SƏBƏBLƏRİbackend

Samvel Babayanın "blokada"da olan Qarabağa qəfil səfərinin GİZLİ SƏBƏBLƏRİ

Əli azərbaycanlıların qanına bulaşmış terrorist və cəllad Samvel Babayan “blokada”da olan Qarabağa səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Medianın yazdığına görə, Qarabağdakı qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi”, “silahlı qüvvələrin keçmiş komandanı”, “Arsax qəhrəmanı”, general-leytenant Samvel Babayan bir neçə gündür Qarabağdadır.

“Onun “blokada”da olan Qarabağa necə getdiyi bəlli deyil. Amma müharibədən sonra Babayanın Qarabağa səfərləri gərgin müzakirələrə səbəb olur. Qarabağlıların bir çoxu əmindir ki, “kamanduyuşi” doğma Qarabağa tez-tez səfər etmir. Ona görə də burada hansısa planların həyata keçirilə biləcəyini istisna etmirlər.

Müharibədən sonra onun qarabağlılarla ilk kütləvi təması ötən ilin oktyabrında olub. Babayan oktyabrın 5-də mitinq keçirdi və bu, yanlış təsəvvürlərə səbəb oldu.

Bəziləri təəccübləndi ki, Babayan müharibədən sonra rəsmi olaraq hakimiyyətin “şəriki” hesab olunduğu halda, 6-7 yüz nəfəri meydana çıxara bildi. Bəziləri bu rəqəmi tam uğursuzluq hesab etdilər və “Arsax”ın bir vaxtlar kumirinin siyasi şərəfsiz sonu haqqında fərziyyələr irəli sürdülər.

Aylar sonra Babayan yenidən Qarabağdadır və onun məqsədləri ilə bağlı yenə müxtəlif versiyalar var.

Onun yaxın gələcəkdə komanda yoldaşları ilə daha da fəallaşmaq üçün planlar hazırladığı və yeni daxili siyasi mərhələdə öz yerini müəyyən etməyə çalışacağı bildirilir.

Digər versiyaya görə, Nikol Paşinyan Qarabağda yalnız ona tabe olan yeni hökumət qurmağa çalışır. Babayanın Qarabağda görünməsi bu kontekstdə nəzərdən keçirilməlidir”, – deyə media yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*