“Səbail” kapitanı ilə vidalaşdıbackend

"Səbail" kapitanı ilə vidalaşdı

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.

KONKRET.az– ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, kapitan Eltun Yaqublu bakılılarla vidalaşıb.

Müqavilə müddəti başa çatan 29 yaşlı müdafiəçi ilə yeni sözləşməyə ehtiyac duyulmayıb. “Səbail” ayrılığı bir cümlə ilə açıqlayıb: “Dörd gözəl və emosional mövsüm üçün təşəkkür edirik”.

Qeyd edək ki, baş məşqçi Aftandil Hacıyevlə yeni müqavilə bağlayan “Səbail” Fəhmin Muradbəyli, Ruslan Hacıyev, Maykl Essyen və Şəhriyar Rəhimovu yola salıb.

Apasport.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*