Şəhər merini maşına bağlayaraq küçə boyu sürüdülər – VİDEObackend

Şəhər merini maşına bağlayaraq küçə boyu sürüdülər - VİDEO

Meksikanın Las Marqaritas şəhərinin meri Xorxe Eskandonun yalan vədlərindən təngə gələn şəhər sakinlər onu maşına bağlayaraq küçə boyu sürüyüblər.

KONKRET.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, mer şəhər küçələrini yeni asfaltla örtməyi hər dəfə vəd etsə də sözünün üstündə durmayıb. Nəticədə Eskandonu kəndirlə pikapa bağlayıb şəhər küçələrində polis saxlayana qədər “gəzdiriblər”.

Yerli jurnalistlərdən birinin “Twitter” hesabında hadisənin videosu yerləşdirilib – kadrlardan da aydın görünür ki, maşının arxası ilə insan kütləsi qaçır.

Həkimlərin sözlərinə görə, Eskandonun həyati təhlükəsi yoxdur. Polislər isə yerli sakinləri insan oğurluğunda günahlandıraraq, 30-dan çox şəhər sakinini həbs ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*