Şəhidimizin xatirəsi Türkiyə universitetində əbədiləşdirildibackend

Şəhidimizin xatirəsi Türkiyə universitetində əbədiləşdirildi

Azərbaycanlı şəhidin adı Türkiyənin Balıkesir Universitetinin əsas salonunda əbədiləşdirilib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, Vətən müharibəsi zamanı Balıkesir Universitetində təhsilini yarımçıq qoyaraq, cəbhəyə yollanan və döyüşlərdən birində qəhrəmancasına şəhid olan Məmmədağa Səfərovun adı universitetin əsas salonuna verilib.

Məmmədağa Səfərovun qəhrəmanlığını xatirələrdə daim yaşatmaq üçün atılan bu addım universitet rektorluğunun və şəhidimizin təhsil aldığı Mühəndislik fakültəsinin təşəbbüsü ilə aprelin 12-də ali təhsil ocağının əsas korpusunda tədbir formatında gerçəkləşdiriləcək.

Tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları, o cümlədən səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova da iştirak edəcək.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*