Ağ Evdə görüş başladıbackend

Ağ Evdə görüş başladı

Ukrayna Prezidenti Volodimir Zelenskinin amerikalı həmkarı Donald Tramp ilə Ağ Evdə görüşü başlayıb.

KONKRET.az “NBC News”a istinadən xəbər verir ki, görüş Oval kabinetdə baş tutur.

Məlumata görə, liderlərin Ukraynaya hərbi dəstək, o cümlədən hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü və pilotsuz uçuş aparatları (PUA) üzrə müqavilənin yekunlaşdırılması məsələlərini müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, Ağ Evdəki görüşdən sonra Zelenski senatorlarla görüşmək üçün Kapitoliyə yola düşəcək. Ukrayna prezidentinin ABŞ-yə səfəri senator Lindsi Qremin dəfn mərasimində iştirakı ilə bağlıdır. Həmçinin vurğulanıb ki, danışıqlar zamanı tərəflər atəşkəslə bağlı hər hansı təklifi də müzakirə edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*