Uqanda hakimiyyəti may ayında ölkədə aşkarlanan Ebola epidemiyasının bitdiyini elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə Uqanda Səhiyyə Nazirliyi X platformasında məlumat yayıb.
Məlumata görə, qərar ölkə daxilində yoluxmuş sonuncu xəstənin iyunun 16-da xəstəxanadan buraxılmasından sonra qəbul edilib.
Qeyd edək ki, Uqandada təsdiqlənmiş 20 yoluxma faktından 15-i Konqo Demokratik Respublikasından ölkəyə daxil olan şəxslərlə bağlı olub.\\axar.az
