161 saylı məktəbin direktoru Ruhiyyə Tağıyevanın sosial şəbəkələrdə söyüş dolu səs yazsı yaylıb.
KONKRET.az xəbər verir ki, sözügedən səs yazısında məktəb direktorunun məktəbin hansısa təmizlikçisi ilə mübahisə etdiyi məlum olur, səs yazsında direktor etikadan kənar ağır təhqir dolu söyüşlər səsləndirir.
O, təmizlikçi işləyən xanıma bundan “sonra burada işləməyəcəksən” kimi iradlar bildirir. Qeyd edək ki, Ruhiyyə Tağıyevanın adı bir neçə qalmaqalda hallanır. Onun sonuncu qalmaqalı məktəbdə tədbir zamanı Şəhidlərmizin anımı ərəfəsində baş verib. Belə ki, məktəb direktorunun ayağa qalxmayaraq mərasimi izləməsi sosial şəbəkələrdə tənqidlərə səbəb olmuşdu. Ümidvarıq bu rəzil səs yazısından sonra Təhsil Nazirliyi sözü gedən məktəbə ciddi nəzarətini əsirgəməyəcək.
Azərbaycan Reallığı
