Səhiyyə Nazirliyi loqoped mərkəzində uşaqlara işgəncə verilməsi faktını ARAŞDIRIRbackend

Səhiyyə Nazirliyi loqoped mərkəzində uşaqlara işgəncə verilməsi faktını ARAŞDIRIR

Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə KONKRET.az-a Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır. Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aidiyyəti qurumların nümayəndələrindən ibarətdir.

Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*