Sehran Səfərova yeni vəzifə verildibackend

Sehran Səfərova yeni vəzifə verildi

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Bakı şəhəri Xətai Rayon Komitəsinin yeni sədri məlum olub.

KONKRET.az metbuat.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Sehran Səfərov seçilib.

Qeyd edək ki, o, 1979-cu ildə Masallı rayonunda anadan olub. Bakı Dövlət Universitetində fəlsəfə üzrə təhsil alıb. Uzun illər təhsil və jurnalistika sahələrində fəaliyyət göstərib, həm dövlət, həm də özəl sektorda çalışıb.

2020-2024-cü illərdə “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalında, daha sonra ATİAHİ Respublika Komitəsində müxtəlif vəzifələrdə işləyib. Peşəkar fəaliyyətinə görə “Qabaqcıl Təhsil İşçisi” döş nişanı, “Fəxri Fərman” və “Təşəkkürnamə” ilə təltif olunub.

Ailəlidir, üç övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*