Şəkidə 29 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
KONKRET.az-ın məlumatına görə, hadisə saat 18 radələrində rayonun Baş Zəyzid kənd ərazisində baş verib.
Baş Zəyzid kənd sakini, 1993-cü ildə anadan olan Azər Seyidməmmədov elektrik dirəyində iş aparan zaman onu elektrik cərəyanı vurub. A.Seyidməmmədov aldığı ağır elektrik şokundan hadisə yerində ölüb.
Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./APA
