Şəkidə 74 yaşlı kişi maşının altında qaldıbackend

Şəkidə 74 yaşlı kişi maşının altında qaldı

Şəkidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə Şəki şəhərinin giriş hissəsində qeydə alınıb.

Şəki rayon Kiçik Dəhnə kənd sakini 1946-cı il təvəllüdlü Fazil Əhmədiyyə oğlu Cabbarov yolu keçmək istəyərkən “VAZ-2104” markalı avtomobil tərəfindən vurulub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, 74 yaşlı F. Cabbarovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.

Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*