Şəkidə yol qəzası zamanı iki nəfər xəsarət aldıbackend

Şəkidə yol qəzası zamanı iki nəfər xəsarət aldı

Şəkidə minik avtomobili aşıb, xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Baş Küngüt kəndində olub.

Şəki rayon sakininin idarə etdiyi “Opel-Astra” marakalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan sərnişinlər, rayonun Baş Küngüt kənd sakinləri – 1998-ci il təvəllüdlü Elşən Ramazan oğlu Hacıəhmədov və həmyaşıdı Aqil Əyyub oğlu Əhmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*