Şəmkirdə fəhlələr qəzaya düşdü, yaralananlar varbackend

Şəmkirdə fəhlələr qəzaya düşdü, yaralananlar var

Şəmkirdə mikroavtobus maneə çırpılıb, xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsi yolunda qeydə alınıb.

“QAZel” markalı mikroavtobusda olan istixana işçilərindən 6 nəfər – 1995-ci il təvəllüdlü G.Səfərova, 1979-cu il təvəllüdlü K.Məmmədova, 1967-ci il təvəllüdlü D.Məmmədova, 1997-ci il təvəllüdlü E.Mayılov, 1974-cü il təvəllüdlü İ.Zeynalova və 1964-cü il təvəllüdlü T.Əliyeva xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir. Daha bir nəfər 1980-ci il təvəllüdlü E.Cəfərova isə hadisədən qorxduğu üçün həyacan keçirib. Ona da ambulator yardım göstərilib.

Məlumata görə, qəzaya nəqliyyat vasitəsinin önünə mal-qaranın çıxması səbəb olub. Nəticədə sürücü idarəetməni itirərək maşını inəklərdən birinə çırpıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*