Şəmkirdə istehlaka yararsız 75 kq ət AŞKARLANDI – FOTObackend

Şəmkirdə istehlaka yararsız 75 kq ət AŞKARLANDI - FOTO

Şəmkir rayonu, Sabirkənd kəndində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirilən zaman Əliyev Nurlan Məhəmməd oğluna məxsus mağazada satışa çıxarılan ətin rənginin qara, kəskin qoxulu və istehlaka yararsız olduğu müəyyən olunub.

Bu barədə KONKRET.az-a Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.

Bildirilib ki, həmçinin mağazanın qarşısında 57-CD-617 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobilin yük yerində istehlaka yararsız ət aşkar olunub. Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub. 75 kq rəngi qara, kəskin qoxuya malik ət isə məhv edilib.

Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*