Sensasion TƏFƏRRÜATLAR: “Ay qızım, 18 yaşı tamam olmamış, gəl oğlunu apar, ona rus pasportu al, burada erməni əsgərlər qırılır”backend

Sensasion TƏFƏRRÜATLAR: “Ay qızım, 18 yaşı tamam olmamış, gəl oğlunu apar, ona rus pasportu al, burada erməni əsgərlər qırılır”

“Ay qızım, gəl oğlunu apar, ona rus pasportu al, burada erməni əsgərlər qırılır”.

KONKRET.az-ın Rusiya bürosu xəbər verir ki, adının açıqlanmasını istəməyən diaspor üzvümüz erməni qadının Ermənistanda olan anası ilə telefon danışığının təfərrüatları barədə redaksiyamıza ətraflı məlumat verib.

Həmin danışıqlarda məlum olub ki, təkcə Quxerkunik rayonunun ucqar bir kəndində 30-a yaxın qəbir qazılıb. Lakin burada 18 nəfər erməni əsgəri basdırılıb.

Mərasim isə çox gizli keçirilir və heç bir video-çəkilişə icazə verilmir. 30 qəbir qazdıran keşiş isə naməlum istiqamətə aparılıb. Erməni anası qızına telefonda onu da deyib ki, Ermənistan hərbiçiləri vurğulayıblar ki, ölənlər vaxt gələcək qəhrəman adına layiq görüləcəklər. Amma bu gün öldürülən erməni əsgəri haqqında heç bir məlumat verilməməlidir.

Azərbaycan diaspor üzvü onu da saytımıza bildirdi ki, Perm şəhərindən olan ermənilərin hər biri 5 min rubl pul toplayaraq vətənlərinə kömək üçün göndəriblər. Baxmayaraq ki, bu pulların ünvanına çatmayacağını da bilirlər. Çünki hələ Aprel döyüşlərində Rusiyadan göndərilən pulların erməni generalı tərəfindən mənimsənildiyi faktı burada yaşayan və ya işləyən erməni ailələrinin yadından çıxmayıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*