Hamı İrandan, Xameneidən, İsraildən danışır. Amma mən başqa bir şey görürəm. Əsl müharibə başqa yerdədir. Sizə iki hadisə göstərəcəyəm.
Sanki aralarında heç bir əlaqə yoxdur.
Amma əslində əlaqə var. İndi bunu izah edəcəyəm.
Birinci hadisə
ABŞ Venesuelaya əməliyyat keçirdi. Maduro tutuldu.
Hamı dedi: “Diktator devrildi”. Alqışladılar. Bəziləri dedi ki, bu beynəlxalq hüquqa ziddir. Amma heç kim bu sualı vermədi: Venesuelanın ən böyük neft alıcısı kim idi?
Cavab: Çin.
Venesuela gündə 800 min barrel nefti birbaşa Çinə satırdı. Maduro getdi. O xətt kəsildi.
İkinci hadisə
ABŞ və İsrail İranı vurdu. Xamanei öldürüldü. Hamı dedi: “Nüvə təhlükəsi bitdi”. Bəziləri alqışladı. Bəziləri isə bunun beynəlxalq hüquqa zidd olduğunu dedi və etiraz etdi. Amma yenə heç kim bu sualı vermədi: İranın ən böyük neft alıcısı kim idi? Cavab: Çin.
İran gündə 1.5 milyon barrel nefti birbaşa Çinə satırdı. Müharibə başladı. O xətt də kəsildi. İki fərqli ölkə. İki fərqli qitə. İki fərqli bəhanə. Amma eyni müştəri: Çin. Bu təsadüfdür? Xeyr.
Ray Dalionun nəzəriyyəsi
Ray Dalio deyir ki, yüksələn güc mövcud gücə yaxınlaşanda, toqquşma qaçılmaz olur. Bu, əvvəllər də olub. Almaniya yüksəldi, İngiltərəni keçirdi → Birinci Dünya Müharibəsi. Yaponiya yüksəldi, ABŞ-a yaxınlaşdı → İkinci Dünya Müharibəsi. Sovet İttifaqı ABŞ-a meydan oxudu → Soyuq Müharibə. İndi isə növbə Çinə çatıb.
Çinin vəziyyəti
Çin dünya istehsalının %28-ni təkbaşına edir.
Və hər il ABŞ-a bir az daha yaxınlaşır.
Analitiklərin proqnozu:
2030-a qədər Çin dünyanın ən böyük iqtisadiyyatının olacaq.
Bu isə ABŞ üçün ölüm-dirim məsələsidir. Bir super güc üçün ən təhlükəli an odur ki, rəqibi onu keçmək üzrədir. O anda ya onu dayandırırsan, ya da artıq heç vaxt dayandıra bilmirsən.
Enerji zəifliyi
Çin istifadə etdiyi neftin 73%-ni idxal edir. Yəni öz istehsalı kifayət etmir. Bunu belə düşünün: Dünyanın ən böyük mühərriki qarşınızda dayanıb. Çox güclüdür. Dünya istehsalının dörddə birini fırladır. Amma bir zəifliyi var:
Öz yanacağını istehsal edə bilmir. Bu mühərrikə 4 yanacaq xortumu bağlıdır:
1️⃣ Venesuela
2️⃣ İran
3️⃣ Rusiya
4️⃣ Səudiyyə Ərəbistanı
ABŞ nə edir? Xortumları kəsir.
Venesuela xortumu kəsildi
İran xortumu kəsildi
Rusiya xortumu sanksiyalarla azaldıldı
Səudiyyə Ərəbistanında istehsal müharibə riskləri ilə aşağı düşdü
Bir mühərriki dayandırmaq üçün onunla döyüşmək lazım deyil. Yanacağını kəsirsiniz. Mühərrik özü dayanır.
Rəqəmlər
Venesuela: 800,000 barrel/gün
İran: 1,500,000 barrel/gün
Cəmi: 2,300,000 barrel/gün
Çinin gündəlik neft idxalı: 11 milyon barrel
Yəni son iki ayda Çinin neftinin təxminən 20%-i kəsildi.
İkinci cəbhə: İpək Yolu
Çin eyni zamanda başqa bir layihə qururdu:
Müasir İpək Yolu (Belt and Road Initiative)
Bu layihə:
Pekindən başlayır, Avropaya qədər uzanır
dəmir yolları, limanlar, boru kəmərləri… Trilyon dollarlıq investisiya. Niyə? Çünki Avropa ilə kim ticarət edərsə, dünya iqtisadiyyatını o formalaşdırır. Bəli, Avropa Çinə yaxınlaşırdı. Almaniyanın ən böyük ticarət tərəfdaşı artıq ABŞ yox, Çin idi. Fransa yeni müqavilələr imzalayırdı. İtaliya rəsmi olaraq İpək Yolu layihəsinə qoşuldu. Avropa yavaş-yavaş ABŞ-dan uzaqlaşıb Çin iqtisadi sisteminə yaxınlaşırdı. Bu ABŞ üçün ikinci ölüm-dirim böhranı idi.
Birinci: Çin iqtisadi olaraq Amerikanı üstələyirdi.
İkinci: Avropanı itirmək.
İranın rolu
İran İpək Yolunun Orta Şərqdə əsas qovşağı idi. Çinin Avropaya quru yolu ilə çıxması üçün İran sabit olmalı idi. Amma o sabitlik bombalandı.
ABŞ bir addımla iki şey etdi:
1️⃣ Çinin enerji xəttini kəsdi
2️⃣ Çinin Avropaya ticarət yolunu pozdu
Növbəti mərhələ
Tayvan.
Tayvan niyə vacibdir?
Çünki dünyanın ən inkişaf etmiş çiplərinin 90%-i orada istehsal olunur.
Telefon çipləri
Avtomobil çipləri
Silah sistemləri
Hamısı.
Kim Tayvanı idarə edərsə, 21-ci əsrin texnologiyasını idarə edər.
Mövqelər
ABŞ deyir ki, “Tayvanı müdafiə edəcəyik”. Çin isə “Tayvan bizimdir”, – deyə dirəşir. Orta yol yoxdur.
Hazırlıq
Bu vəziyyəti belə düşünün: İki boksçu rinqə çıxacaq. Amma biri döyüşdən əvvəl rəqibinin suyunu, yeməyini kəsir, müttəfiqlərini ayırır.
Rəqib yorğun halda rinqə çıxsın deyə.
Bu günkü vəziyyət
Venesuela və İran kəsildi, Rusiya zəiflədildi, Avropa ticarət yolu pozuldu
Rinq: Tayvan.
Daha bir vacib detal
ABŞ yalnız Çini zəiflətmir. Pul da qazanır.
Hər müharibə:
➡ yeni silah müqaviləsi deməkdir.
Orta Şərqdə bomba düşəndə:
Səudiyyə Ərəbistanı
BƏƏ, Qətər nə edir Silah alır. Kimdən ABŞ-dan.
Nəticə
ABŞ üçün strategiya belə görünür:
1️⃣ Çinin enerji xətlərini kəs
2️⃣ Avropaya ticarət yolunu poz
3️⃣ Regionu nəzarətdə saxla
4️⃣ Silah satışından pul qazan
5️⃣ Çin Tayvan müharibəsinə zəif girsin
Hamı ayrı-ayrı müharibələr görür.
Amma bəziləri tək bir strategiya görür.
Venesuela bir cəbhə.
İran bir cəbhə.
Rusiya bir cəbhə.
Avropa bir cəbhə.
Amma müharibə birdir. Hədəf isə Çindir.
Mehmet Ali
Tərcümə etdi: Natiq Səlim,
KONKRET.az
