SENSASİYA! ABŞ mövqeyini dəyişir? – Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOKbackend

SENSASİYA! ABŞ mövqeyini dəyişir? - Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK

ABŞ-ın yeni rəhbərliyi Rusiya ilə Ukrayna arasında davam edən müharibədə rəsmi Vaşinqtonun hansı mövqedə dayandığını ən yüksək səviyyədə bəyan edib. ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələrdə Ukrayna üzrə sülh danışıqlarının gedişatını şərh edən dövlət katibi ölkəsinin bitərəf olmadığını açıq şəkildə bildirib.

KONKRET.az xəbər verir ki, ABŞ Dövlət Katibi Marko Rubio Vaşinqtonun Kiyevi açıq şəkildə dəstəkləməkdə davam etdiyini vurğulayıb.

Xarici siyasət idarəsinin rəhbəri Rubio ABŞ-ın mövqeyini bu sözlərlə ifadə edib: “Gəlin yuxarıda deyilənləri nəzərə alaraq məsələyə aydınlıq gətirək: düzünü desək, biz bu müharibədə qərəzsiz, bitərəf vasitəçi deyilik.

Biz Rusiyaya silah tədarük etmirik, silahları yalnız Ukraynaya veririk. Biz Ukraynaya qarşı sanksiyalar tətbiq etmirik, sanksiyaları yalnız Rusiyaya qarşı tətbiq edirik. Beləliklə, biz bu münaqişədə açıq şəkildə tərəf seçmişik”.

Bu bəyanat Ağ Evin Ukrayna böhranı ilə bağlı vasitəçilik missiyasına dair müzakirələrə son qoyaraq, ABŞ-ın Kiyevə hərbi və siyasi dəstəyinin davam edəcəyini rəsmən təsdiqləyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*