SEPAH-dan şok iddia: “Küveyt hava limanını ABŞ-ın ‘Patriot’ sistemi vurub”backend

SEPAH-dan şok iddia: "Küveyt hava limanını ABŞ-ın 'Patriot' sistemi vurub"

Yaxın Şərqdə genişlənən hərbi qarşıdurma fonunda Küveyt beynəlxalq hava limanında baş verən dağıntılarla bağlı tərəflər arasında qarşılıqlı ittihamlar başlayıb. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki mülki infrastruktura zərbə endirilməsi ittihamlarını rədd edərək, hadisəyə ABŞ hava hücumundan müdafiə (HHM) sistemlərinin səbəb olduğunu iddia edib.

KONKRET.az xəbər verir ki, bu barədə IRIB telekanalı SEPAH-ın rəsmi nümayəndəsi Hoseyn Mohebbiyə istinadən məlumat yayıb.

SEPAH rəsmisi İranın mülki obyektləri hədəf almadığını bəyan edərək aeroportun vurulmasını Amerikanın HHM sisteminin xətası kimi qiymətləndirib:

“Küveyt hava limanının sərnişin terminalının dağılması ABŞ-ın ‘Patriot’ sistemlərinin səhvinin nəticəsidir. İran raketlərini vurmağa çalışan, lakin bunu uğursuz şəkildə həyata keçirən ‘Patriot’ raketləri sözügedən terminalın üzərinə düşüb”.

Qeyd edək ki, regionda gərginlik pik həddə çatsa da, rəsmi Tehran mülki hədəflərə qarşı hər hansı zərbə endirmədiyini xüsusilə vurğulayır. Hadisənin Küveytdəki hava hərəkətinə təsiri və rəsmi Küveyt tərəfinin mövqeyi barədə hələlik əlavə məlumat verilməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*