SEPAH komandiri günahsız insanları öldürdüklərini etiraf edib.
KONKRET.az xəbər verir ki, bu barədə İran İslam Respubilkasının Aerokosmik Qüvvələrinin komandanı general-leytenant Əmir Əli Hacızadə İran televiziyasına müsahibəsində deyib.
“Suriyada xalq hökumətə qarşı nümayişə çıxdı və biz səhv etdik. Onları güllələdik. Bunun əksi oldu, xalq silahlanmağa başladı. O səhvi İranda təkrarlamaq istəmirik”, – deyə Hacızadə etiraf edib.
Daha sonra o, bu yaxınlarda İranın hipersəs raketini təqdim edəcəyini bildirib.
“İranın hipersəs raketləri təqdim edildikdən sonra ABŞ-ın silah satışı dayanacaq.
Amerikalılar İranın hipersəs raketinə sahib olduğuna şübhə etdiklərini söyləyiblər. Bilirsiniz niyə belə reaksiya verdilər? Çünki satdıqları Amerika müdafiə sistemləri bizim raketlərimizə qarşı yararsız olacaq”, – deyə general əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az
