Dünyada ən sərfəli şərab qiymətləri olan ölkələrin reytinqi tərtib edilib.
KONKRET.az oxu.az-a istinadən bildirir ki, siyahını “RİA Novosti” açıq məlumatların təhlili əsasında tərtib edib.
Araşdırmaya görə, reytinqdə lider Butandır. Burada bir şüşə şərabın qiyməti cəmi 3,58 dollardır. Argentina ikinci yeri (4 dollar) tutub, Ukrayna isə ilk üçlüyü (4,34 dollar) qapayıb.
Ənənəvi şərab istehsal edən ölkələr arasında ən sərfəli qiymətlər Cənubi Afrikada (4,6 dollar – 6-cı yer), Portuqaliyada (5,02 dollar – 9-cu yer) və Moldovada (5,15 dollar – 11-ci yer) qeydə alınıb. Çili 5,37 dollar qiymətlə 12-ci, İspaniya isə 17-ci yerdə (5,57 dollar) qərarlaşıb.
Araşdırmaya görə, ən bahalı şərab Türkmənistanda (31,43 dollar), Sinqapurda (27,13 dollar) və Bəhreyndə (23,88 dollar) satılır.
Maraqlıdır ki, ən böyük şərab istehsalçıları – Fransa, İtaliya və İspaniya münasib qiymətlər baxımından ilk 30-luğa daxil edilməyib. Fransa 67-ci yerdə (7,82 dollar), İtaliya isə 40-cı yerdə (6,69 dollar) qərarlaşıb.