“Sputnik International”ın məlumatına görə, Vuçiç xəstəxanaya yerləşdirilməsi barədə məlumatı təkzib edib.
Onun sözlərinə görə, səhhəti ilə bağlı hər şey qaydasındadır. O, həmçinin bildirib ki, ölkə üzrə planlaşdırılan səfərinə yollanmağa hazırlaşır.
***
09:51
Serbiya Prezidenti Aleksandr Vuçiçin səhhətində problemlər yaranıb, xəstəxanaya yerləşdirilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi qurumlar dövlət başçısının səhhəti barədə hələ ki açıqlama verməyib.
Bildirilib ki, o, 2019-cu ildə ürək-damar sistemində yaranmış problemlə əlaqədar Hərbi Tibb Akademiyasında müalicə olunub.
Qeyd edək ki, Aleksandr Vuçiç 1970-ci il martın 5-də Serbiyanın Belqrad şəhərində anadan olub. O, 2017-ci il iyunun 1-dən ölkə prezidentidir.
