Sərhəddə toqquşma baş verə bilər – Qrebenkinbackend

Sərhəddə toqquşma baş verə bilər - Qrebenkin

NATO-nun fəaliyyətinin artması Rusiya sərhədində silahlı münaqişə və insidentlərin yaranmasına səbəb olur.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksandr Qrebenkin deyib.

“Demək lazımdır ki, dövlət sərhədinin müəyyən hissələrində vəziyyət ağır olaraq qalır. Bu, ABŞ və onun müttəfiqlərinin Rusiyaya artan hərbi-siyasi, iqtisadi və informasiya təzyiqi şəraitində formalaşır”, – deyə o, bildirib.

O, qeyd edib ki, son zamanlar Qara dəniz, Azov dənizi hövzəsində, qərb istiqamətində və Arktika regionunda NATO ölkələrinin hərbi və digər fəallığının əhəmiyyətli dərəcədə artdığının şahidi olurlar:

“Bu baxımdan, dövlət sərhədində mümkün silahlı münaqişələrin və insidentlərin yaranması ilə bağlı təhlükə var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*