İstanbulda polis üç vilayətdə əməliyyat keçirib.
KONKRET.az xəbər verir ki, əməliyyatda aktyor agentliyi adı altında saxta internet saytı yaradaraq serial və filmlərdə çəkilmək istəyən şəxsləri aldadan 6 şübhəli tutulub.
Kiber Cinayətlərə Qarşı Mübarizə Qrupları müəyyən edib ki, şübhəlilər serial və filmlərdə rol almaq istəyən şəxslərdən qeydiyyat rüsumları adı altında hesabına pullar köçürüblər.
İqbal Rzayev,
KONKRET.az
