Şərifovun şirkətinin 1,3 milyon borcu var…backend

Şərifovun şirkətinin 1,3 milyon borcu var...

Baş nazirin sabiq müavini Abid Şərifova məxsus olduğu deyilən “Evrascon” şirkətinin dövlətə olan borcu yenidən artıb.

KONKRET.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, “Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1.333.869,79 AZN vergi borcu yaranıb.

Şirkətin qanuni təmsilçisi və baş direktoru Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qeyd edək ki, şirkətin ötən ilin sonuna kimi vergi borcu 1,1 milyona yaxın idi. Bu ilin son 3 ayında Həmzət İsmiyevin dövlətə vergi borcu 200 min manatdan çox artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*