Serj Sarkisyandan revanşist açıqlama: “Ermənistan ordusu əvvəlki şöhrətini …”backend

Serj Sarkisyandan revanşist açıqlama: "Ermənistan ordusu əvvəlki şöhrətini ..."

Hazırda islahatlar adı ilə Ermənistan hökmdarları ordunun “transformasiyası” prosesinə başlayıblar.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Ordu Günü münasibətilə müraciətində deyib.

“Bunun qarşısı nəyin bahasına olursa-olsun alınmalıdır. Ermənistan Silahlı Qüvvələri əvvəlki şöhrətini bərpa edə bilər”, deyə o, qeyd edib.

Onun sözlərinə görə, bir neçə il əvvəl Ermənistan ordusunu gözdən saldılar, dağıdıb zəiflətdilər, sonda məğlubiyyətə məhkum etdilər.

Yeri gəlmişkən, görəsən, Sarkisyan “ordunun əvvəlki şöhrəti” deyəndə nəyi nəzərdə tutur? Çox güman ki, o, 1994-cü ildə rus havadarlarının köməyi ilə Qarabağda qazanılan “qələbədən” danışır.

Xocalı qatili Sarkisyana növbəti dəfə xatırladırıq ki, Ermənistan öz ordusunu yenidən təkmilləşdirə, silah və texnika ala bilər. Bu, onların daxili işidir. Ancaq unutmamalıdırlar ki, bundan sonra heç bir erməni əsgərinin ayağı, hətta nəfəsi belə sərhədimizi keçə bilməz. Buna cəhd isə Ermənistanın məhvi deməkdir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*