Sərnişin təyyarəsi gölə düşdü – VİDEObackend

Sərnişin təyyarəsi gölə düşdü - VİDEO

Tanzaniyada sərnişin təyyarəsi pis hava şəraiti səbəbindən Viktoriya gölünə düşüb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, “Precision Air” şirkətinə məxsus təyyarənin ölkənin şimal-qərbindəki Bukabo şəhərinə eniş etməzdən əvvəl gölə düşdüyü açıqlanıb.

Qəzanın yerli vaxtla saat 10:50-də baş verdiyi bildirilir.

Bölgə polis rəisi Uilyam Mvampanqhale bildirib ki, təyyarədə olan sərnişinlərin sayı və qəza nəticəsində ölənlərin sayı barədə hələlik təsdiqlənmiş məlumat yoxdur.

Yerli mətbuatın məlumatına görə, təyyarədə 49-u sərnişin olmaqla 53 nəfər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*